Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Davudoğlu: “Terror aktını törədən kamikadze İŞİD-in üzvüdür”

Davudoğlu: “Terror aktını törədən kamikadze İŞİD-in üzvüdür”

İstanbulda terror aktı törədən kamikadze İŞİD terror qruplaşmasının üzvüdür.

Oxu.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

“Biz bilirik ki, terror aktını törədən suriyalı İŞİD-in üzvüdür. Qeyd etmək istəyirəm ki, biz bundan sonra da bu qruplaşma ilə mübarizəni davam etdirəcəyik”, – Davudoğlu deyib.

O qeyd edib ki, terrorizm bütün bəşəriyyətin düşmənidir. Və əminliyini vurğulayıb ki, bu cür cinayətləri törədənlər layiqli cəzalarını alacaqlar.

“Bu gün həlak olanların hamısı bizim xarici qonaqlarımızdır. Mən onların ailələrinə başsağlığı verirəm. Türkiyənin 78 milyonluq əhalisi onların dərdini bölüşür”, – baş nazir əlavə edib.

İlkin məlumata əsasən, yanvarın 12-də İstanbulun Sultanəhməd meydanında törədilən partlayış zamanı 10 nəfər ölüb, daha 15 nəfər yaralanıb. Terrorçu-kamikadze özünü xarici turstlərin yaxınlığında partladıb.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın