2023-cü ilin yanvar-sentyabr ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 24,4 milyon manat daxil olub.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir bildirib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz çoxdur.
