Bazar ertəsi , Yanvar 30 2023
Ana səhifə / İqtisadiyyat / Daşınmaz əmlak bazarında bu il bahalaşma olacaq? – Video

Daşınmaz əmlak bazarında bu il bahalaşma olacaq? – Video

Ötən il daşınmaz əmlak bazarında bahalaşma müşahidə olunub. Ekspertlər bunu Rusiya-Ukrayna müharibəsi və tikinti materiallarının kəskin qiymət artımı ilə əlaqələndirirlər.
Bu barədə “Xəzər Xəbər”in reportajında deyilib.
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, bu il əmlak bazarında 10%-ə qədər bahalaşma ola bilər:
“Torpaq sahələrində və köhnə tikililərdə qiymətin artacağını düşünürəm. Tədricən satışa təklif olunan torpaqlar ildən-ilə azalmaq üzrədir. Xüsusən də şəhərin mərkəzində sahibkarlar çoxmənzilli binaların tikintisi üçün, demək olar ki, torpaq tapa bilmirlər. Bu səbəbdən torpaq bazarında qiymətlərin əvvəlki illərlə müqayisədə bir qədər də artacağını proqnozlaşdırmaq olar”.
Daha ətraflı:

Həmçinin oxuyun

DSMF bu şəxsdən daha bir ofis icarəyə götürdü – Bu dəfə 417 minə…

“Dövlət Sosial Müdafiə Fondu” (DSMF) Publik Hüquqi Şəxsi tərəfindən keçirilən daha bir tender müsabiqəsinin qalibi …