Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / İqtisadiyyat / Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə 10 mindən çox bildiriş daxil olub

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə 10 mindən çox bildiriş daxil olub

Maliyyə Bazarlarına Nəzarət Palatası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə Gəncə şəhərində fəaliyyət göstərən 70 nəfərdən çox sahibkar üçün təşkil olunan tədbirdə Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin (Reyestr) təqdimatı keçirilib.

Palatadan Trend-ə verilən məlumata görə, mart ayından etibarən fəaliyyət göstərən Reyestr vasitəsilə kredit almaq imkanlarının genişlənməsi, daşınar əmlakların təminata cəlb edilməsinin stimullaşdırılması, hər növ daşınar əmlakın yüklülüyünün mümkün edilməsi Gəncə şəhərində çalışan sahibkarlar tərəfindən böyük maraqla qarşılanıb.

Reyestrin imkanlarından istifadə edilməsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin maliyyə vəsaitlərinə çıxışını asanlaşdırmaq üçün faydalı olacağı bildirilib.

Qeyd edək ki, https://mpcr.fimsa.az/ internet səhifəsində fəaliyyət göstərən Reyestrə artıq 10 mindən çox bildiriş daxil edilib.

Həmçinin oxuyun

Dekabrın 4-də vaxt başa çatır: Nə olacaq? – ŞƏRH

2020-ci ilin sentyabr ayının sonu ilə müqayisədə oktyabr ayında fiziki şəxslərin (əhalinin) banklardakı müddətli əmanətləri …