Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Danimarkada 14 yaşlı yeniyetmə İkinci Dünya Müharibəsindən qalmış təyyarənin qalıqlarını tapıb

Danimarkada 14 yaşlı yeniyetmə İkinci Dünya Müharibəsindən qalmış təyyarənin qalıqlarını tapıb

Danimarkanın 14 yaşlı sakini, məktəbli Daniel Kristiansen İkinci Dünya Müharibəsindən qalmış təyyarənin qalıqlarını tapıb.

“Report”un məlumatına görə, bu barədə “CNN” telekanalı xəbər verib. Xəbərdə bildirilir ki, məktəbli metalaxtaran qurğu vasitəsilə predmetlər axtararaq tarix dərsində ona verilmiş ev tapşırığını yerinə yetirmək istəyib. O, təxminən 8 metr dərinlikdə böyük dəmir parçalarını aşkarlayıb.
Yeniyetmənin atası tapıntını qazıb çıxarmaq üçün qonşudan ekskavatoru kirayəyə götürüb. Qazıntılar zamanı məlum olub ki, qalıqlar almanların “Messerschmitt” qırıcısına aiddir. O, 1944-cü ilin sonlarında vurulub.

Qeyd edək ki, yeniyetmənin aşkarladığı təyyarədə pilotun da cəsədinin qalıqları müəyyən edilib.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın