Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / DAK müraciət yaydı

DAK müraciət yaydı

Dünya Azərbaycanlıları Konqresi Azərbaycan Respublikası Milli Məclisinə seçkilər üzrə deputatlığa namizəd Əli Hacı Ağaevliyə səs verməyə çağırıb.

Müraciətdə deyilir: “Milli Məclisə seçkilərin Azərbaycanın ictimai-siyasi həyatında mühüm əhəmiyyətə malik olduğunu və ən layiqli namizədlərin seçilməsinin vacibliyi hər kəsə bəllidir. Belə layiqli namizədlərdən biri də 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd “Hüquq, İqtisadiyyat və Sosial Tədqiqatlar”İnistitutunun direktoru, DAK Məşvərət Məclisi sədrinin birinci müavini, Sülh səfiri, şair Əli Hacı Ağaevlidir. Bütün şüurlu həyatı boyu Azərbaycan xalqının azadlığı və firavanlığı üçün qələmini süngüyə çevirən Əli Hacı bu gün DAK-dakı fəaliyyəti ilə milli diasporamızın gücləndirilməsi üçün çalışır. Əli Hacı Azərbaycan Ədəbiyyatı və İctimayetində sufi şair kimi tanınır. “Ruhumuzun nəğmələri” (1996),”Ruhumuz çəkər göyə” (1997 Ankara,Türkiyə), “Qoyun qisas alan gəlsin”(1998), “Buda mənəm ilahi !”(2005), “Dünyadan qadın iysi gəlir” (2007 Təbriz) şerlər kitabının, “Avesta və müasir dünya adlı elmi-fəlsəfi” əsərin müəllifidir.

2008-ci ildən Azərbaycan türklərinin ən böyük diaspor təşkilatı olan Dünya Azərbaycanlıları Konqresinin (DAK) üzvüdür. Konqresdə müxtəlif mühüm vəzifələrdə təmsil olunmuşdur. Hazırda konqresin Məşvərət Məclisi sədrinin birinci müavini və dünya sülh səfiridir. Onun Azərbaycan parlamentində təmsil olunması diaspora sahəsindəki fəaliyyətini daha da genişlənməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında daha fəal olmasına əsas verəcək.

Əziz seçicilər!

Dünya Azərbaycanlıları Konqresi olaraq sizə müraciət edir, Sizlərə möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulamaqla öz səsinizi ən layiqli namizədinizə, bizim də dəstək olduğumuz Əli Hacı Ağaevlliyə səs verəcəyinizə şübhə etmirik”.

DAK həmsədrləri

Sabir Rüstəmxanlı

Firudin Pərviz Nia

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın