Cümə , Fevral 3 2023
Ana səhifə / İqtisadiyyat / Daimi istifadə etdiyimiz məhsulları xaricdən neçəyə alırıq? – Siyahı

Daimi istifadə etdiyimiz məhsulları xaricdən neçəyə alırıq? – Siyahı

2022-ci ilin ilk 10 ayı ərzində xarici ölkələrdən Azərbaycana 33 milyon 986,5 min dollar dəyərində 130,2 min ton kartof gətirilib. 
Yeniavaz.com-un açıqlanan sonuncu rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, idxal etdiymiz 1 kiloqram kartofun gömrük dəyəri  44 qəpik (26 sent) olub.
Bu dövrdə ölkəyə idxal olunan iribuynuzlu heyvan ətinin (sümüklü) 1 kiloqramının gömrük dəyəri 6,8 manat (4 dollar) olub.
İdxal olunan digər əsas ərzaq məhsullarının orta gömrük dəyəri isə aşağıdakı kimidir:
– quş ətinin (dondurulmuş) 1 kiloqramının dəyəri  2,8 manat (1,6 dollar),  
– kərə yağının 1 kiloqramının dəyəri 9,7 manat (5,7 dollar),
– çayın 1 kiloqramının dəyəri  8,6 manat (5,1 dollar),
– bitki yağlarının 1 kiloqramının dəyəri 4,7 manat (2,7 sent),
– siqaretin 20 ədədinin (1 qutu) dəyəri  62 qəpik (36 sent),
– kondisionerlərin 1 ədədinin dəyəri 542 manat (319 dollar),
– soyuducuların 1 ədədinin dəyəri 620 manat (365 dollar),
– paltaryuyan maşınların 1 ədədinin dəyəri  450 manat (264 dollar).

Həmçinin oxuyun

Azərbaycanda kredit faizləri yenidən arta bilər

“Mərkəzi Bankda hesab edirlər ki, depozit gəlirlərində güzəştlərin ləğvindən sonra banklar həmin xərci öz depozit …