Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Dahilərin ölümündən qabaq çəkilən son fotoları- AĞRILI PORTRETLƏR

Dahilərin ölümündən qabaq çəkilən son fotoları- AĞRILI PORTRETLƏR

Moderator.az bu  yazıda dünyanın məşhur şəxslərinin ölümündən əvvəlki son fotolarını təqdim edəcək. Elə foto var ki, aid olduğu məşhur şəxsin ölümündən bir nüşə gün, eləsi də var ki, yalnız bir neçə saat, hətta bir neçə dəqiqə əvvəl çəkilib. Amma bu fotoları birləşdirən oxşarlıq var-AĞRI.  Obyektə baxan dahilər sanki həyatlarının son anlarını yaşadıqlarının fərqindədirlər. Gözləri bu ağrını obyektivə diktə edir. Odur ki, bu fotoları əslində ağrının, əzabın son portreti kimi adlandırsaq, daha doğru olar:
 
Nikola Tesla. Böyül fizik ömrünün son illərində otel otağına qapanaraq, kimsə ilə ünsiyyət qurmur. Yalnız gündə bir dəfə həmin otaqdan çıxar, şəhər kənarındakı parkda sevimli göyərçinlərinə dən verərmiş. Həyatı qəribəliklərlə dolu olan Teslanın ölümü bir neçə gündən sonra məlum olur. Bu  onun ölümündən əvvəlki son fotosudur:
Aqil Aslanov adlı birinin şəkli.
 
Adölf Hitler. 1945-ci ilin yazı... Artıq Nasist Almaniyasının dünyaya ağalıq iddialarının üzərindən xətt çəkilib. Nə edəcəyini bilməyən Hitler çıxılmaz vəziyyətdədir. Bu fotodan sonra çox keçməyəcək ki, o, zəhər içərək, intihar edəcək
 
ünlülerin son fotoğrafları ile ilgili görsel sonucu
 
Mark Tven. Böyük ingilsi yazıçısı ömrünün son günlərini yaşayır. 1910-cu ildir və o cəmi bir il əvvəl kiçik qızın Jeanı  faciə nəticəsində itirir. 29 yaşlı qız infarkt nəticəsində dünyasını dəyişir. Mark Tven də onsan sonra çox sarsılır və heç bircə il də yaşaya bilmir. Kim bilir, böyük yazıçı bəlkə də, fotoaparatın obyektivinə baxarkən öz qızını axtarırmış…
İlgili resim
Vladimir İliç Lenin.  Bu foto 1923-cü ilin 15 mayında çəkilib.  Bu tarixdən sonra, deyilənə görə, Lenin ünsiyyət bacarığını tamamilə itirir.
 
ünlülerin son fotoğrafları ile ilgili görsel sonucu

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın