Cümə axşamı , İyun 20 2019
Ana səhifə / İqtisadiyyat / Daha iki şirniyyat satışdan çıxarıldı, bu məhsullar bahalaşdı (SİYAHI)

Daha iki şirniyyat satışdan çıxarıldı, bu məhsullar bahalaşdı (SİYAHI)

Son 1 ayda ölkədə çay məhsullarının qiyməti bahalaşıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qiymət artımı məhsulların növlərinə görə 20 qəpik-1 manat arasında dəyişib.

 

S/s  Məhsulun adı  Əvvəlki qiyməti  Hazırkı qiyməti
1.  Azərçay 450 q.  7,60 AZN  8,40 AZN
2  Azərçay 100 q.  1,80 AZN  2,00 AZN
3.  Beta 100 q.  2,20 AZN  2,40 AZN
4.  Beta 225 q.  5,20 AZN  5,80 AZN
5.  Beta 450 q.  10 AZN  11 AZN
6.  Çempion 100 q.  2,20 AZN  2,40 AZN
7.  Çempion 225 q.  5,20 AZN  5,80 AZN
8.  Çempion 450 q.  10 AZN  11 AZN
A4 kağız satışı ilə məşğul olan firmalar da mağaza sahiblərinə qiymətin yaxın günlərdə 0,80-1 AZN arası bahalaşacağı barədə xəbərdarlıq ediblər.
Mağaza sahiblərinin sözlərinə görə, “Snickers” və “Bounty” şirniyyatlarının satışı isə dayandırılıb.
Qeyd edək ki, 1 həftə öncə Qida Təhlükəsizliyi Agentliyinin göstərişi ilə satış təsərrüfatı obyektlərində “Ozmo”, “Eti”, “Puf”, “Popkek limon”, “Popkek banan”, “Şölen”, “Tutku”, “Oqopoqo”, “Monte Lemo” şirniyyatları, “Banduel” qorox qida məhsullarının satışı qadağan edilmişdi.

Həmçinin oxuyun

İkirəqəmli inflyasiyaya qayıdış qaçılmazdır – EKSPERT

Ərzaq qiymətlərinin artımı, ikirəqəmli inflyasiyaya qayıdış qaçılmazdır. Manatın devalvasiyası risklərin necə idarəolunmasından asılı olacaq. Bu …