Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Daha bir Rusiya təyyarəsi qəzaya uğradı – 40 nəfərin öldüyü deyilir

Daha bir Rusiya təyyarəsi qəzaya uğradı – 40 nəfərin öldüyü deyilir

Rusiyaya məxsus daha bir təyyarə qəzaya uğrayıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu ölkəyə məxsus An-12 yük təyyarəsi Cənubi Sudanda uçuşdan dərhal sonra qəzaya düşüb. İlkin məlumata görə, təyyarədə beş rusiyalı ekipaj üzvü və yeddi sərnişin olub.

Sudan mətbuatı isə qəzada 40 nəfərin öldüyünü iddia edir. Qəzada həmçinin biri uşaq olmaqla, iki nəfərin sağ qaldığı bildirilir. Artıq sosial şəbəkədə qəzanın ilk fotosu da paylaşılıb.

***

Cənubi Sudan prezidentinin nümayəndəsi yerli mətbuata açıqlamasında isə təyyarədə 20 nəfərin ola biləcəyini deyib.

Daha bir Rusiya təyyarəsi qəzaya uğradı -  40 nəfərin öldüyü deyilir

 

Həmçinin oxuyun

Kənddən şəhərə axın niyə dayanmır? – TƏHLİL

Ölkə iqtisadiyyatının bölgələr üzrə balanslı inkişafı əhalinin sosial rifahının normal təmini üçün əsas şərtdir. Keçən …

Bir cavab yazın