Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Daha bir prezidentin barəsində videkompromat yayıldı, etirazçılar iqamətgahın qarşısına toplaşdı

Daha bir prezidentin barəsində videkompromat yayıldı, etirazçılar iqamətgahın qarşısına toplaşdı

Braziliya prezidenti Mişel Temerin barəsində videokompromat yayılıb. Virtualaz.org xəbər verir ki, o, parlamentin aşağı palatasının keçmiş spikeri və keçmiş prezident Dilma Rusefin barəsində impiçmentin başladılmasının təşəbbüskarı olan Eduard Kunyanı pulla ələ almaqda günahlandırılır. “Globo” telekanalının xəbərinə görə, JBS şirkətinin sahibləri olan Batista qardaşları prezidentin barəsindəki videokompromatı Ali Məhkəməyə təqdim ediblər.

Kadrlarda Mişel Temer deyir: “Sən bunu gizlətməlisən, aydındır?”. Videonun digər hissəsində isə görmək olur ki, prezidentin müşavirlərindən biri Rodriqu Roşa Loures iri məbləğdə pulu çantaya doldurur. Kunyanın məhz hansı məsələni gizlətməli olduğu hələlik aydın deyil.

JBS şirkəti dünyanın mal əti istehsal edən ən iri şirkətidir. Prezidentin barəsində videokompromat KİV-lərdə yayılandan dərhal sonra deputatların əksəriyyəti parlamenti tərk edib və iclas yarımçıq kəsilib. Habelə prezident iqamətgahının qarşısına Temerin istefasını tələb edən etirazçılar toplaşmağa başlayıb. Müxalifətdən olan deputat Alessandry Molon parlamentin aşağı palatasının spikeri Rodriqa Mayaya Temerin barəsində impiçmentin başladılması üçün sorğu göndərib.

Prezident isə Kunyanın ələ alınmasını təşkil etdiyini inkar edib. Onun mətbuat xidmətinin bəyanatında deyilir ki, prezident heç vaxt keçmiş deputatdan susmağı xahiş etməyib və buna görə pul ödəməyib. Bununla belə videokadrlarda barəsində söhbət gedən görüş təsdiqlənir.

Hazırda eks-spiker Kunya korrupsiya ittihamı ilə həbsdədir.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın