Şənbə , Oktyabr 24 2020
Ana səhifə / İqtisadiyyat / Daha bir ölkə Gülən məktəblərini bağlamaqdan imtina etdi

Daha bir ölkə Gülən məktəblərini bağlamaqdan imtina etdi

“İndoneziya hökuməti Fətullah Gülənin ölkədə açdırdığı məktəblərin bağlanmasından imtina etsə də, Türkiyə ilə dostluq münasibətlərini davam etdirmək niyyətindədir”.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “The Jakarta Post” qəzetində verilən məlumatda deyilir.

İndoneziyanın xarici işlər naziri Retno Marsudi bildirib ki, İndoneziya həmişə digər dövlətlərin qanunlarına və suverenliyinə hörmət edib: “Buna görə də analoji addımın İndoneziyaya münasibətdə atılmasını gözləyirik”.
R. Marsudi bildirib ki, hökumət Ankaranın diplomatik kanallar vasitəsilə 9 məktəbin bağlanması ilə bağlı tələbini rədd edib: “Təhsil Nazirliyi ilə məsləhətləşmələr aparılıb və həmin məktəblər tərəfindən İndoneziya qanunlarının pozulması faktının qeydə alınmadığı məlum olub”.
Qeyd edək ki, FETÖ terror təşkilatı iyulun 15-də Türkiyədə yüzlərlə insanın ölümü və yaralanması ilə nəticələnən dövlət çevrilişinə cəhd edib. Bundan sonra Türkiyə bir sıra ölkələrə terror təşkilatının başçısı Fətullah Gülənə bağlılığı olan məktəblərin bağlanmasına dair müraciətlər göndərib.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …

Bir cavab yazın