Bazar ertəsi , İyun 14 2021
Ana səhifə / İqtisadiyyat / Daha bir körpə Aylan faciəsi – Dünya bu fotodan danışır

Daha bir körpə Aylan faciəsi – Dünya bu fotodan danışır

Myanmada Arakan müsəlmanlarına qarşı vəhşilik davam edir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Arakan bölgəsində son 3 gündə 2 mindən çox müsəlman öldürülüb. Onların arasında çoxlu sayda körpə uşaqlar və qadınlar da var.

Canını qurtarmaq istəyənlərin çoxlu Banqladeşə sığınmağa çalışırlar. Lakin, Banqladeş sərhəd qoruyucuları onların çoxunu ölkəyə buraxmır.

Naf çayını keçərək Banqladeşə qaçmaq istəyən ailələrdən birinin körpəsi suda boğulub. Onun çay sahilindəki cəsədinin fotosu isə 2015-ci ildə ailəsi ilə birlikdə Suriyadan Türkiyəyə keçməyə çalışarkən gəminin qəzaya düşməsi nəticəsində dənizdə boğulan 3 yaşlı Aylanı xatırladıb.

Qeyd edək ki, bir çox dövlət Myanmada müsəlmanlara zülm edilməsini şiddətli şəkildə qınamasına və cinayətlərə son qoymağa çağırmasına baxmayaraq vəhşiliklər davam edir.

Həmçinin oxuyun

Rusiya Azərbaycandan pomidoru vaqonlarla daşımağa icazə verdi

Rusiya tərəfi iyunun 15-dən etibarən Azərbaycandan bu ölkəyə pomidor və almanın dəmir yol vaqonları ilə …

Bir cavab yazın