Cümə axşamı , May 23 2024
Ana səhifə / İqtisadiyyat / Daha 3 şirkət “Paşa Holdinq” ilə eyni ünvanda yerləşən “PMD Group”a qoşuldu

Daha 3 şirkət “Paşa Holdinq” ilə eyni ünvanda yerləşən “PMD Group”a qoşuldu

Azərbaycanda fəaliyyət göstərən 3 şirkət “AY-NT” MMC (VÖEN – 1300674131), “Aliot” MMC (VÖEN – 1402401951) və “Capital Hotel Company” MMC (VÖEN – 1404060641) ləğv olunaraq “PMD Group” MMC -yə (VÖEN – 1701459191) qoşulublar.
Ləğv olunan “AY-NT” MMC 1 mart 2002-ci ildə dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 2 milyon 897 min 230 manat olan MMC-nin qanuni təmsilçisi Mikayılov Ruslan Şamil oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid pr., ev 1, Məhəllə 518, m. 19-da yerləşir.
25 dekbar 2012-ci il tarixində dövlət qeydiyyatına alınan “Aliot” MMC-nin nizamnamə kapitalı isə 1000 manatdır. Şirkətin qanuni təmsilçisi Əhmədov Fərid Rafiq oğludur. Hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm, ev 9, m. 4-də yerləşir.
“Capital Hotel Company” MMC isə 28 dekabr 2017-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 29 milyon 421 min 605 manatdır. Qanuni təmsilçisi Ağayev Elmar Savadxan oğludur. Hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Sarabski, ev 45a, Məhəllə 657-də yerləşir.
Qeyd edək ki, 2013-cü ildən fəaliyyət göstərən “PMD Group” MMC aktivlərinə görə ölkənin ən böyük şirkəti olan “Paşa Holdinq” ilə eyni ünvanda yerləşir. Barəsində Dövlət Vergilər Xidmətinin reyester bölməsində heç bir məlumat olmayan şirkətin rəsmi veb-saytında qeyd olunur ki, “PMD Group” aktivlərin idarə olunması, daşınmaz əmlaka investisiya qoyuluşu və əmlakın idarə olunması sahəsində fəaliyyət göstərir.
Onu da qeyd edək ki, son illər onlarla şirkət ləğv olunaraq “PMD Group”a qoşulub.
“PMD Group”a qoşulan şirkətlərin bəzilərinin siyahısı:
“Orucoğlu” MMC (VÖEN: 1800697961),
“Fido” MMC (VÖEN: 1800681511),
“Zərgər” Müəssisəsi (VÖEN: 1300122391),
“Xəzri Rezidens” MMC (VÖEN: 2903256871),
“Azcapital Holdings” MMC (VÖEN: 1303747031),
“Çıraq-M” MMC (VÖEN: 1400470531),
“Azterminal-1” Firması (VÖEN: 1300428981),
“CNG Autogas” MMC (VÖEN: 1702333941),
“Azvil Tikinti” MMC (VÖEN: 1302942781),
“Lenkeran Hotel And Resort Company Əmlak” MMC (VÖEN:1405744011),
“Yeni Çinar Hotel Company Əmlak” MMC (VÖEN:1405757961),
“Yeni Naftalan Hotel Company Əmlak” MMC (VÖEN:1405758191),
“Azbiznesservis Əmlak” MMC (VÖEN:1405774411),
“Beer Art Əmlak” MMC (VÖEN:1405776941),
“Excelsior Hotel Əmlak” MMC (VÖEN:1405780651),
“Yeni Qalaaltı Hotel Company Əmlak” MMC (VÖEN:1405776811),
“Yeni Şamaxı Hotel Company Əmlak” MMC (VÖEN:1405773341),
“Xəzər-Turizm” MMC (VÖEN: 7700063861),
“Hillside Apartments” MMC (VÖEN: 1702255531),
“Foton Əmlak” MMC (VÖEN:1405696541)
“A-Grade Real Estates” MMC  (VÖEN:1405640551),
“Amal Əmlak” MMC (VÖEN:1405623841),
“Riqal” MMC,
“Təbriz Evləri” MMC,
“Prime Estates” MMC.

Yeniavaz.com 

Həmçinin oxuyun

Bankların yüksək faizi: Nə qədər davam edəcək?

Hazırda banklar tərəfindən 7 milyard manatdan artıq istehlak kreditləri verilib. Bu 3 milyondan artıq vətəndaşımızın …