Ana səhifə / İqtisadiyyat / Dəniz Baykalın intim görüntülərində Gülən izi

Dəniz Baykalın intim görüntülərində Gülən izi

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Dəniz Baykalın bir neçə il öncə FETÖ şəbəkəsi tərəfindən intim görüntülərlə şantaj edildiyi məlum olub.

Bu barədə Ankara Cümhuriyyət Prokurorluğunun məlumatında deyilir.

Məlumata görə, Baykalın yaşadığı evə FETÖ-cular tərəfindən bir neçə kamera və dinləmə cihazları yerləşdirilib.

Bundan əlavə, Baykala qarşı bu işi həyata keçirənlərlə Ərdoğanın özəl danışıqlarını dinləyənlərin eyni şəxslər olduğu öyrənilib.

Xatırladaq ki, bir neçə il öncə CHP sədri Dəniz Baykalın intim görüntüləri yayılmışdı. Bu olay Türkiyə mediasında “kaset olayı” adı ilə xatırlanırdı.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın