Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Dəniz Baykal Ərdoğanı yıxıb-sürüdü – “Millət can dərdində, bəziləri səlahiyyət dərdində”

Dəniz Baykal Ərdoğanı yıxıb-sürüdü – “Millət can dərdində, bəziləri səlahiyyət dərdində”

Türkiyənin ana müxalifət partiyası olan CHP-nin sabiq genel başqanı, millət vəkili Dəniz Baykal bu gün Türkiyə Böyük Millət Məclisində Ərdoğan hakimiyyətinin referenduma çıxardığı konstitusiya layihəsi haqqında sərt çıxış edib.
Dəniz Bayqal fövqəladə vəziyyət rejimində keçirilən bu referendumun xalqın iradəsinin zorlanmasına, bir nəfərin hegemonluğunun təmin edilməsinə hesablanan bir layihə olduğunu bildirib.
Dəniz Baykal bildirib:
“Bu, sifarişli bir layihədir. Layihənin müəllifi bəlli deyil, amma arxasında hansı siyasi iradənin dayandığı bəllidir. Millətin iradəsinin yerinə, bir şəxsin hegemonluğunu gətirəcək layihə qarşımızdadır…
Bu, təlaş içində və tələsik hazırlanmış, hüquqi və siyasi yetkinlikdən uzaq olan bir layihədir. Qarşımızda millətin suverenliyinə dayanan bir əsrlik siyasi ənənəsini məhv edəcək, milli siyasi mədəniyyətimizi çökdürəcək, suverenliyin yerinə bir şəxsin hegemonluğunu inşa edəcək bir layihə var.
Bu layihə ilə bağlı diqqətinizi çəkmək istədiyim üç məqam var.
Birincisi, bundan Türk xalqının xəbəri yoxdur. 80 milyon vətəndaşın taleyini dəyişəcək bu layihə haqqında millətimiz məlumatlandırılmayıb. Universitetlərin, hüquq fakültələrinin, biznes strukturlarının, millətin xəbəri yoxdur. Milləti xəbərdar etmədən, işi bitirmək niyyəti var.
Bir deyin görüm, konstitusiya dəyişikliyini millətə izah etmək üçün niyə az da olsa səy göstərmirsiniz? Bizim izah etməyimizə niyə icazə vermirsiniz? Belə əhəmiyyətli bir mövzu danışılarkən, Məclis TV-nin bağlannması millətin xəbər alma haqqına müdaxilə mənasını verməzmi? Bu layihənin millətin gözü qarşısında müzakirə etməkdən niyə çəkinirlər?
Millət vəkillərini boş kağıza imza attırıb, millətin öyrənməsinə icazə vermədən konstitusiyanı dəyişdirə bilməzsiniz. Belə olmaz. Gömrükdən malmı qaçırsınız? Bəziləri sizə “bitirin bu işi” deyirsə,  “Sizə hörmət edirik, millətə və Məclisə daha çox hörmət edirik” deməniz lazım idi. Millətin arxasından verilən təlimatla oyun çevirmək kimsəyə yaraşmaz.
Bu layihəni fövqəladə vəziyyət rejimi şəraitində müzakirə edirik. Fövqəladə vəziyyət  qanuna zidd olaraq üçüncü dəfə uzadıldı.  163 general həbsdədir, 150 yüksək hakim həbsdədir. 2 min 194 hakim və prokuror, 6296 zabit həbsdədir, 50 min dövlət qulluqçusu dindirilir…
İqtisadiyyat böhran içindədir. Terror aktları və buna qol-qanad gərən qaçqın düşərgələri şəhərlərimizdə məskən salıb. Təhlükəsizlik böhranı sizi müxalifət liderlərinə zirehli avtomobil təklif etmək məcburiyyətilə üz-üzə qoyub. Allah xatirinə, necə olur ki, bu mühitdə, fövqəladə vəziyyət rejimi altında konstitusiya dəyişiklik etməyi ağılınızdan keçirirsiniz?
Millət can dərdində, bəziləri səlahiyyət dərdində. Millət ölkənin hər yerində yas və matəm içindədir. Yasını tutmağa çalışan insanlara “Haydı qaç, mənə səs ver” deyəcəksiniz. Təbii fəlakət zamanı utanmadan mal satmağa çalışan tacirə bənzəyirlər.
Mətbuat təzyiq altındadır. 147 jurnalist həbsdədir. Televiziyalar senzura altında, ölkədə fövqəladə vəziyyət, Məclisdə hərbi vəziyyətdir.
Amma indi ilk dəfə milləti ikiyə böləcək bir konstitusiya dəyişikliyini referenduma çıxarırlar… Bu konstitusiyanın təməllərini, suverenlik anlayışını alt-üst edəcək bir layihədir. Türkiyədə konstitusiyanın əsasında milli suverenlik anlayışı və Məclisin üstünlüyü var. Bu layihə milli suverenliyi məhv edəcək. Məclisin üstünlüyü aradan qaldıracaq. Milli suverenliyi aradan qaldırılacaq. İlk dəfə belə bir seçki keçirəcəyik, 51 faizlə bir prezident seçəcəyik, seçəcəyimiz prezident bu milləti təmsil edən orqanı əlindən alacaq.
Heç Əsəd də əsas göstərmədən parlamenti buraxmaq səlahiyyətinə malik deyil. Amma bizdə 51 faiz səs yığan adamın 100 fazi səslə formalaşan parlamentini buraxmaq səlahiyyəti olacaq… Prezidentin Konstitusiya Məhkəməsini formalaşdırmaq səlahiyyəti olacaq.
Prezidentin heç kimdən edimad səsi almadan nazirlər kabinetini təkbaşına formalaşdırmaq səlahiyyəti olacaq. Prezidentin fövqəladə vəziyyət rejimini təkbaşına elan etmək səlahiyyəti olacaq. Prezidentin hətta konstitusiyanı təkbaşına dəyişmək səlahiyyəti olacaq. Xəbəriniz varmı, prezidentə konstitusiyanı dəyişmək səlahiyyətini veririk. Bu, qəbuledilməzdir. Buna icazə verməyək. Türkiyə üçün böyük təlatümlərə çıxaracaq…
Buna icazə verməsək, Türkiyənin qarşısında bir üfüq açılacaq, Türkiyə qazanacaq, siz qazanacaqsız – siz kimliyinizi qazanacaqsınız!(bastainfo.com)

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın