Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İqtisadiyyat / Cozef Bayden İlham Əliyevlə Serj Sərkisyana zəng vurdu – TƏCİLİ

Cozef Bayden İlham Əliyevlə Serj Sərkisyana zəng vurdu – TƏCİLİ

Bu gün ABŞ-ın vitse-prezidenti Cozef Bayden Azərbaycan prezidenti İlham Əliyevlə və Ermənistan prezidenti Serj Sərkisyanla telefon danışığı aparıb. Virtualaz.org xəbər verir ki, bu barədə Bayden özü «Twitter» bloqunda yazıb. Telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət müzakirə olunub.

“Mən prezidentlər Əliyev və Sərkisyana dedim ki, Dağlıq Qarabağda hərtərəfli nizamlama onların stabilliyi, təhlükəsizliyi və çiçəklənməsi üçün olduqca vacibdir”-Bayden tvitində yazıb.

Bununla belə Ağ Ev hələlik Cozef Baydenin Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışıqlarına dair məlumat yaymayıb. Xatırladaq ki, aprelin 1-də, hərbi əməliyyatların başlaması ərəfəsində Cozef Bayden Vaşinqtonda İlham Əliyevlə və Serj Sərkisyanla danışıqlar aparmışdı.

 

Həmçinin oxuyun

Dollar və qızılın dəyərinin artması nədən xəbər verir?

Günlərdir dünya bazarında ABŞ dolları dəyər qazanır. Həmçinin neftin qiyməti də yüksəlir.“Bloomberg” yazır ki, Yaxın Şərq ətrafında …

Bir cavab yazın