Ana səhifə / İqtisadiyyat / “Çox zəngin intim həyatım olub” – Gürcüstan prezidentinin açıqlaması

“Çox zəngin intim həyatım olub” – Gürcüstan prezidentinin açıqlaması

Gürcüstanda bir həftə ərzində sosial şəbəkədə iki siyasətçinin intim videolarının yayılması qalmaqallara səbəb olub.
Hələ ötən həftə sabiq xarici işlər nazirinin, bu günlərdə isə müxalifyönlü qadın siyasətçi Maya Pandjikidzenin intim videosu internetdə yayılıb. YouTube bir saat ərzində həmin videoları silsə də, bəzi saytlar onun yayımını davam etdiriblər.
Artıq Gürcüstan Baş prokurorluğu “şəxsi həyata dair informasiyanın qanunsuz yayılması” ilə bağlı araşdırmaya başlayıb.
Baş verən qalmaqalla bağlı ölkə prezidenti də açıqlama vermək məcburiyyətində qalıb: “Bu gün açıq şəkildə deyə bilərəm ki, seks və seks həyatı ayıb deyil. Şəxsən mənim də seks həyatım var, çox zəngin seks həyatım olub və gələcəkdə də olacaq… Bu iyrənc videonu yayan istənilən insan cəzalandırılacaq. Seksual həyat iyrənc deyil, iyrənc olan onu çəkməkdir”. Musavat.com

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın