Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Çörçillin Rusiya ilə bağlı şok proqnozları…

Çörçillin Rusiya ilə bağlı şok proqnozları…

“Bir neçə nəsildən sonra ruslar deqradasiyaya uğrayıb, öz minerallarını belə, sərbəst tapa bilməyəcəklər. İnsanlar öləcək, diktatorlar və onların qulları isə bizdən bahalı zinət əşyaları alıb, başqa qonşu ölkələrə satmaqla yaşaya biləcəklər”.

Axar.az tarixi qaynaqlara istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniyanın keçmiş Baş naziri Uinston Çörçill deyib.

Böyük ingilis siyasətçisi 65 il əvvəl ruslarla bağlı çox ilginc fikirlər səsləndirib.

Çörçill rusların kəndliləri aclıq içində qoyduğunu, elektrik stansiyası tikmək üçün zəngin torpaqları su ilə basdırdığını yazıb: “Onlar nüvə sənayesinin tullantıları ilə səmərəli sahələri çirkləndirdilər. Ruslarda kiçik əhali sıxlığı var, ancaq həmin sahələri qəsdən o qədər çirkləndirdilər ki, məcbur qalıb taxılı almalı olurdular. Mən elə bilirdim ki, qocalıqdan öləcəm. Əvvəllər Avropanı çörəklə təmin edən Rusiya sonradan bizdən taxıl almağa başlayanda anladım ki, gülməkdən öləcəm. Stalin böyük kənd təsərrüfatı ölkələrini ələ keçirdi və onları xammal mənbəyinə və nüvə zibilliyinə çevirdi. Lenin isə onları bu bataqlığa necə salmışdısa, yalnız o da çıxara bilərdi. Ancaq ruslar rahatlıqla Lenini göndərdilər. Bir neçə nəsildən sonra onlar deqradasiyaya uğrayıb, öz minerallarını belə sərbəst tapa bilməyəcəklər. İnsanlar öləcəklər, diktatorlar və onların qulları isə bizdən bahalı zinət əşyaları alıb, başqa qonşu ölkələrə satamaqla yaşayacaqlar. Bu Rusiya liderləri üçün ən əlverişli biznesdir”.

Keçmiş baş nazir rusların kibernetika və genetikanı məhv etdiyini də bildirib: “Əgər biz hərbi aqressiyanın qarşısını ala bilsək, onda Böyük Britaniya və digər Qərb ölkələri bacardıqca uzun müddət Rusiyanı SSRİ kimi öz maraq dairələrində saxlamağa çalışacaqlar: bu sərfəli xammal bazası və mənəvi köhnəlmiş məhsullar bazarıdır. Ruslar kibernetika və genetikanı məhv edirdilər. Bu bizim üçün bir halda yaxşıdır ki, onlara toxum və elektron əşyaları biz satacağıq. Bundan əlavə nominal haqq ödədikdə isə bu tullantıları da Rusiyaya axıtmaq mümkün olacaq. Sovet genişləndirilməsinin qarşısını almaq yetər, onlar özləri özlərini məhv edirlər, heç bir aktiv əməliyyatımız olmadan…”

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın