Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Çörək norması, məmur övladlarının geri çağrılması, sığınacaqların tikintisi – Kreml müharibə hazırlıqlarına başlayır…

Çörək norması, məmur övladlarının geri çağrılması, sığınacaqların tikintisi – Kreml müharibə hazırlıqlarına başlayır…

“ Qərblə irimiqyaslı müharibənin real təhlükəsi elitanın övladlarının Rusiyaya dönməsi məsələsini bir daha aktullaşdırır” .
Moderator.az xəbər verir ki, bu sətirlər Rusiyanın tanınmış saytından götürülüb, amma ümumiyyətlə 11oktyabrdan başlayaraq Rusiya KİV-lərində geniş şəkildə  Rusuya Federasiyası məmurlarının, tanınmış adamların övladlarının xaricdən geri çağrılması üçün Kreml tərəfindən  qeyri-rəsmi göstərişin verildiyi geniş təbliğ olunur. Rus mətbuatı bunu milli təhlükəsizlik sistemini möhkəmlətmək üçün atılan zəruri addım hesab edir. Yaşamağından, işləməyindən, oxumağından asılı ollmayaraq hamının geri çağrılmasını tələb edən çağrışlar səslənir. Buna səbəb kimi Suriya, Ukrayna hadisələrindən sonra Qərb xüsusi xidmət orqanları tərəfindən xaricdə olan rus məmur övladlarının kütləvi şəkildə “təsir agenti “ kimi casusluğa cəlb edilməsi haqqında dövlətə verilən informasiyaların olduğu göstərilir.
Mətbuatda övladları xaricdə oxuyan yüksək rütbəli məmurların adlarının hallanması işin ciddiliyindən xəbər verir. Dövlət Duması sədrinin müavini Sergey Jeleznyak başda olmaqla D.Kozak, P.Astaxov, Y. Mizulina kimi  vəzifəli şəxslərin və başqalarının adları bu siyahıda başda göstərilir.Ümumiyyətlə, Rusiyada bəzi proseslər ölkənin müharibə ərəfəsi hazırlıqlar gördüyünü sübut edir. 6 oktyabrda Leninqrad vilayəti qubernatoru  müharibə başlanacağı halda əhaliyə norma olaraq  20 gün 300 qram çörək veriləcəyi haqqında əmr imzalayıb.  Moskva, Sankt Peterburq şəhərlərinin yaşayış binalarında atom bombasından qorunmaq üçün yeraltı sığınacaqların tikintisi və təmiri üçün sakinlərdən 500 rubl məbləğində  pil verilməsini göstərən elanların asılması da Rusiya və Qərb arasında vəziyyətin çox gərgin olmasından xəbər verir.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın