Ana səhifə / İqtisadiyyat / CNN “Şəki paxlavası”ndan yazdı – Video

CNN “Şəki paxlavası”ndan yazdı – Video

ABŞ-nın məşhur CNN telekanalının Türkiyə bölməsi öz saytında Azərbaycanın milli brendi olan “Şəki paxlavası”na diqqət yetirib.
ANS PRESS-ə verilən məlumata görə, yazıda paxlava haqqında dolğun məlumat verilib.
Azərbaycanın tarixi şəhərlərindən biri olan Şəki əsrlərə meydan oxuyan abidələri və ləziz yeməkləri ilə diqqət mərkəzində olub. Azərbaycanda şirniyyat deyiləndə ağla gələn ilk şey isə “Şəki paxlavası”dır.
Azərbaycanlılara görə ölkədə şirniyyatın baş tacı “Şəki paxlavası”dır. Şəhəri görməyə gələn turistlərin mütləq daddığı “Şəki paxlavası” ölkə daxilində olduğu kimi xaricdə də tanınır. Hazırlanması çətin olan paxlavanın sirrini paylaşmayan şəkili halvaçılar, sifarişləri çatdırmaqda xeyli çətinlik çəkir. Onlar dünyada “Şəki paxlavası”nın bənzərinin olmadığını bildirir.
Şəkidə mərhum halvaçı Əli Əhmədi hər kəs tanıyır. Əli Əhmədin vəfatından sonra bu ənənə onun yaxınları tərəfindən davam etdirilir.
Yazıda paxlava haqqında qısa məlumat verildikdən sonra onun hazırlanma qaydası haqda məlumat verilib.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın