Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / Çindən Azərbaycana karqo ilə mal gətirilməsi qaydaları dəyişdi

Çindən Azərbaycana karqo ilə mal gətirilməsi qaydaları dəyişdi

Azərbaycanda fəaliyyət göstərən karqo şirkətləri Çindən ölkəyə mal gətirən müştərilərinə müraciət edib.

“Report”un məlumatına görə, müraciətdə bildirilir ki, yeni qaydalara əsasən, bundan sonra Çindən Azərbaycana yalnız orijinal malların gətirilməsinə vasitəçilik ediləcək.

“Xahiş edirik ki, hansısa məhsulu sifariş edərkən onun orijinallığına əmin olun. Çindən yalnız satıcının məhsulun orijinallığı haqqında verdiyi təsdiqedici sənəd əsasında məhsul göndərmək mümkün olacaq”, – deyə müraciətdə qeyd olunub.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank “batır”: “Expressbank”dan 25 milyon depozit geri çəkilib

“Expressbank” 2024-cü ilin I rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.  “APA-Economics” banka istinadən xəbər verir ki, …