Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / İqtisadiyyat / Çindən gətirilən malların karqo qiymətinin artmasına – Rəsmi münasibət

Çindən gətirilən malların karqo qiymətinin artmasına – Rəsmi münasibət

Azərbaycana Çindən gətirilən malların karqo qiymətinin qalxması barədə mətbuatda məlumatlar yayılıb.

“Qafqazinfo” xəbər verir ki, sahibkarlar əvvəllər bunun üçün karqo şirkətinə 350 dollar pul ödəyirdisə, indi bunun üçün onlardan 518 dollar pul tələb edilir. Onlar qiymətin qalxmasına Dövlət Gömrük Komitəsinin səbəb olduğunu qeyd edirlər.

“Qafqazinfo” məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundovdan münasibət öyrənib. O bildirib ki, karqo şirkətlərinin Dövlət Gömrük Komitəsinə aidiyyatı yoxdur: “Onlar özəl şirkətlərdir. Əgər onlar belə addım atıblarsa, bu onların öz işidir. Səbəbini daşıma şirkətlərindən soruşmaq lazımdır. Dövlət Gömrük Komitəsində isə gömrük rüsumlarının qiymətində heç bir dəyişiklik olmayıb. Rüsumlar əvvəlki kimidir”.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …