Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Çində stüardesa işinə qızları belə qəbul edirlər – FOTOLAR

Çində stüardesa işinə qızları belə qəbul edirlər – FOTOLAR

Çinin yüksək iqtisadi inkişafına baxmayaraq, bu ölkədə qızlar üçün prestijli və yüksək əmək haqqısı olan iş tapmaq çox çətindir. Bu səbəbdən Çin hava yollarına stüardesa işinə düzəlmək üçün kastinq çox yüksək səviyyədə təşkil olunur.

Minlərlə gənc çinli bu işdə çalışmağı arzulayır. Lakin stüardesa olmaq Çində çox çətindir. İlk növbədə ideal xarici görünüşə malik qızlar qadın kastinqini keçirlər. Stüardesaları seçimi əsl gözəllik müsabiqəsini xatırladır, bikini geyinən qızlar hərtərəfli yoxlanılırlar. Onlarda çapıq olmamalı, dişlər gözəl görsənməli, ayaqlar uzun, boyları isə 1.67-dən aşağı olmamalıdır. İstisna hallarda, əgər namizəd bütün digər parametrlərə uyğun gəlirsə bu rəqəm 1.65-qədər endirilə bilər. Bundan əlavə namizədlər tibbi müayinədən, ümumi bilik üzrə müsahibəni və xarici dillər üzrə testi keçməlidirlər. Həmçinin qızlar cazibədar və gözəl olmalıdırlar, qəşəng hərəkət etməyi və oturmağı bacarmalıdırlar.

Daha sonra seçilən qızlara təyyarədə təhlükə yardan sərnişinləri zərərsizləşdirməyi bacarmaq üçün döyüş hazırlığı keçirlər. Və yalnız bundan sonra onlar yeni işlərinə başlaya bilərlər! (oxu.az)

 

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın