Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Çində Obamaya hörmətsizlik edildi – VİDEO

Çində Obamaya hörmətsizlik edildi – VİDEO

ABŞ prezidenti Barak Obama G20 sammitinin keçirildiyi Xancjou aeroportunda xoşagəlməz insidentlə üzləşib.

Associated Press xəbər verir ki, Ağ Evin rəhbərinin endiyi trapa qırmızı xalı açılmayıb.

Bu səbəbdən Obama ehtiyat çıxışdan istifadə etməli olub.

Bunun ardınca Obamanın köməkçisi ilə Çin məmuru arasında münaqişə yaranıb. Həmin məmur ABŞ prezidenti ilə uçan jurnalistlərdən aeroportda baş verənləri işıqlandırmamağı xahiş edib.

Ağ Evin nümayəndələri isə buna cavab olaraq bildiriblər ki, ABŞ öz lideri üçün qaydaları özü müəyyənləşdirir.

“Bu bizim ölkəmizdir! Bu bizim aeroportumuzdur!”, – deyə amerikaılara cavab verən çinli məmur Obamanın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Syuzan Raysın qarşısını kəsib.

Lakin bu yeganə insident olmayıb. Amerikalı jurnalistlərin bildirdiyinə görə, daha bir insident sammit öncəsi Obama və Çin rəhbəri Si Tszinpinin ikitərəfli danışıqlar apardığı rezidensiyada baş verib. Orada ABŞ nümayəndə heyətini müşayiət edən Çinin təhlükəsizlik işçiləri ilə bu ölkənin digər asayiş mühafizəçiləri arasında ciddi mübahisə yaranıb. Hətta çinlilərin az qala əlbəyaxa olduqları bildirilir. Buna səbəb isə Obama və Si Tszinpinin görüşünə amerikalı jurnalistlərin məhdud sayda buraxılması olub. Çin tərəfi zala cəmi 10 amerikalı jurnalisti buraxıb. Bu isə ABŞ tərəfinin ciddi narazılığına səbəb olub.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın