Ana səhifə / İqtisadiyyat / ÇILPAQ EVLƏNƏN CÜTLÜK: “ LÜT OLAN ZAMAN HAMI EYNİDİR…” / FOTOLAR

ÇILPAQ EVLƏNƏN CÜTLÜK: “ LÜT OLAN ZAMAN HAMI EYNİDİR…” / FOTOLAR

54 yaşlı Cef Adams və 47 yaşlı Sue Avstraliyanın Queensland şəhərində çılpaq evlənmək qərarına gəlir.
 
Moderator.az xəbər verir ki, çılpaq evlənən cütlüyün toyunda nə ailəsi, nə də dostları iştirak edib. Cef və Sue nahar və şam ziyafəti ərzində çılpaq qalıb. Bəy toya barmaq arası tərlik və sinəsinə yapışdırılmış bir çiçəklə, gəlin isə duvaq, səndəl və bir dəstə çiçəklə iştirak edib.
İkinci evliliyi olan Sue , “ ənənəvi toylardan xoşlanmıram. Bu tam mənim istədiyim bir toydur. Bu günə qədər belə bir şansa sahib olmamışam. Ailəmin və dostlarımın toyumda iştirak etməməsi məni kədərləndirmədi. Çünki bu vaxta qədər onların istədiyi kimi yaşadım. Gəlinlik axtarıb tapmaq böyük problemdi. Belə bir məcburiyyətdə olmadığım üçün xoşbəxtəm ” deyib.
 
Bir fabrikdə işçi olaraq işləyən Cef isə, “ biz yalnız özümüz üçün bir şey istədik. Dostlarımıza və ailə üzvlərimizə fikirlərimiz barədə çox açıq danışdıq və mənfi bir reaksiya almadıq. Düşünürəm ki, onların hamısı gəlmək istəyirdilər, ancaq öz bədənlərindən çox qorxurdular. Onlara istədikləri vaxt gələcəklərini, istədikləri vaxt da gedəcəklərini dedik. Lüt olan zaman hamı eynidir, beləliklə, insanlar daha azad və sadə gürünür… ”
Xatırladaq ki, evlərində də çılpaq gəzən cütlük, bal ayını Cənubi Uelsdə adilər çimərliyində qeyd edib.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın