Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Çevriliş gecəsi ABŞ kəşfiyyatının “gizli adamı” İstanbuldaymış –Sensasion iddia

Çevriliş gecəsi ABŞ kəşfiyyatının “gizli adamı” İstanbuldaymış –Sensasion iddia

Türkiyədə terror təşkilatı kimi tanınan FETO-nun  lideri Fetullah Güləni fəal müdafiə edən, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin “gizli adamı” ləqəbi ilə məşhurlaşan, nəzəriyyəçi Henri Barkeyin 15 iyul dövlət çevrilişi cəhdi gecəsi İstanbula gəldiyi və 4 gün sonra ölkəsinə qayıtdığı üzə çıxıb.
Bu haqda Türkiyənin “Sabah” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, Barkeyin Türkiyəyə gəlişi rəsmi sənədlərlə də təsdiqlənib.
Məlumata görə, Barkey  iyulun 15-də  Türkiyə vaxtı ilə 10.24-də İstanbula gəlib,  iyulun 19-da isə 04:05  Türkiyə ərazisindən çıxıb. İstanbulda qaldığı müddət ərzində Böyükadada  qalan Barkeyin bir sıra görüşlər keçirdiyi  də öyrənilib.
“MKİ ilə əlaqəli olan bu şəxsin görüşdüyü adamların içində Beynəlxalq Böhran Qrupundan İran eksperti Əli Vaiz, Misirli tədqiqatçı Əhməd Morsy, və İldırım Beyazıt Universitetinin müəllimi Bayram Sinkaya da var.
ABŞ  kulislərində  FETO-nun müdafiəçisi   kimi  tanınan Henri Barkey, Fetullah Gülənə bağlı Rumi Forumunda da peşəkar olaraq iştirak edir.
İzmir əsilli və İstanbulda  anadan olduğu üçün türkcə ana dili səviyyəsində danışan Barkey, “Gülənin MKİ ilə heç bir əlaqəsi yoxdur ” açıqlaması  ilə diqqətləri üzərinə çəkmişdi. Barkey  Gülənin ABŞ-da oturum izni  alması üçün çalışan  keçmiş MKİ əməkdaşı  Qrehem Fullerin  də yaxın dostudur” – nüfuzlu  “Sabah” qəzeti belə yazıb.(Avropa.inf)

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın