Ana səhifə / İqtisadiyyat / Çevriliş cəhdini araşdırma komissiyasından Gül və Davudoğluya kritik suallar – Keçmiş prezident və baş nazir hədəfdə?

Çevriliş cəhdini araşdırma komissiyasından Gül və Davudoğluya kritik suallar – Keçmiş prezident və baş nazir hədəfdə?

Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdini Araşdırma Komissiyası keçmiş prezident Abdulla Gül və keçmiş baş nazir Əhməd Davudoğluna kritik suallar göndərib.
Avropa.info xəbər verir ki, istintaqın yazılı şəkildə göndərdiyi suallar Gül və DAvudoğlunun hədəfdə olduğuna dair iddialara yol açıb.
15 iyul dövlət çevrilişi cəhdini araşdırma komissiyasının Gülə yazılı olaraq göndərilən sualında “2012-ci ilin fevralında MİT müşaviri Hakan Fidan FETÖ-çü polislər tərəfindən ifadə verməyə çağırılması prosesində MİT müşavirinə ifadə verməyə getməsində bir problem olmadığını təlqin etdiyiniz şəklindəki iddialara aydınlıq gətirə bilərsinizmi” soruşulub.
Keçmiş baş nazir Əhməd Davudoğluya isə “Fətullah Gülən ilə görüşdüyünüz bildirilir. Bu məsələyə aydınlıq gətirə bilərsinizmi” sualı verilib.
Gülə verilən 27 sualdan bəzilərini təqdim edirik:
1. FETÖ-nün təşkilatlanması haqqında kəşfiyyat məlumatları alırdınızmı?
2. Jurnalist Fəhmi Qorunun ABŞ-a getməsi istiqamətində tələbi sizmi etmisiniz, yoxsa özümü sizə təklif etdi?
3. 2004-cü ildə Türkiyənin keçmiş ABŞ səfiri Faruk Loğoğlunun əli ilə ABŞ rəsmilərinə məktub göndərdiyiniz və məktubda Fətullah Güləni pedaqoq kimi təqdim etdiyiniz iddialarına aydınlıq gətirə bilərsinizmi?
4. Dövlət “ümmət pullar” adı ilə FETÖ-nün nəhəng maliyyə güc qura bilməsini necə müəyyən edə bilməyib?
Bundan başqa, Davudoğluna da bu tipli suallar ünvanlanıb.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın