Ana səhifə / İqtisadiyyat / Çe Qavaranı vuran generalın qızı ali baş komandan oldu – FOTO

Çe Qavaranı vuran generalın qızı ali baş komandan oldu – FOTO

Kubanın əfsanəvi qəhrəmanı, argentinalı inqilabçı Ernesto Çe Qevaranı güllələyən general Luis Antonio Reke Teranın qızı Xina Reke Teran Boliviyanın ali baş komandanı təyin olundu. ANS PRESS-in məlumatına görə, 53 yaşlı Xina Teran Boliviyanın ilk qadın ali baş komadanı oldu. Ölkə prezidenti Evo Moralesin iştirak etdiyi mərasimdə and içən Xina Reke Teran vəzifəsinin icrasına başlayıb. 
İnqilabçı Çe Qevara 1967-ci il oktyabrın 9-da Boliviyada esir götürüldükdən sonra yaxınlıqdakı La İqera kəndindəki məktəbə aparılır və ertəsi gün güllələnərək edam edilir. Püşkatma nəticəsində güllələnmə işi o zamanlar Boliviya ordusunda çavuş olan Luis Reke Terana tapşırılır. Edamın icrası vaxtı Teranın çox həyəcanlandığı və Çe Qevaranı sadəcə yaraladığı, Çenin həmin anda naməlum şəxs tərəfindən güllə ilə vurularaq öldürüldüyü qeyd edilir.







Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın