Ana səhifə / İqtisadiyyat / “Çaxır içmisiniz, pulunu verin…”

“Çaxır içmisiniz, pulunu verin…”

Ukrayna Baş Prokurorluğu bildirib ki, Krım şərabçılıq zavodunda saxlanan 240 illik şərabı Rusiya prezidenti Vladimir Putin və İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni üçün açmış xanım Pavlenkoya qarşı ittihamnamə üzərində işləyir.

Rusiya prezidenti və onun italiyalı qonağı ötən həftəsonunu ilhaq edilmiş Krımda keçiriblər. Prokurorlar iddia edirlər ki, bu səfər zamanı onlar məşhur “Massandra” şərab zavodunda olarkən yaşı 240 il olan şəraba qonaq ediliblər.

Prokurorluq bildirir ki, “Massandra” Rusiya tərəfindən Krımın ilhaqından əvvəl Ukrayna dövlətinin mülkiyyəti olub.

“Azadlıq” radiosu Rusiya mediasına istinadən bildirir ki, “Massandra”ya səfər zamanı qədim çaxırın dadına baxmağı İtaliyanın keçmiş baş naziri istəyib.

Şahidlər bildirirlər ki, bu xahişi eşitdikdən sonra “Massandra”nın yeni Rusiya yönlü direktoru Yanina Pavlenko 1775-ci il tarixli “Jeres de la Frontera” şərabının tıxacını çıxarıb.

Rusiya televiziyası ötən həftə Berluskonini şərab zirzəmisində üstünü toz basmış şüşələrə baxarkən göstərmişdi.

Bu telesüjetdə müdir Pavlenko keçmiş baş nazirə ekskursiya bələdçiliyi edirdi.

Daha sonra sözügedən repotajda İtaliya milyarderi üstündə 1891-ci il yazılmış şərab şüşəsinə baxıb ingiliscə soruşur: “Bunu içmək olar?”

Direktor suala müsbət cavab verir.

Həmin şərab şüşəsinin sonrakı taleyi barədə heç nə məlum olmasa da Ukrayna prokurorları ortalıqda 100 min dollarlıq mənimsəmənin olduğunu idda edirlər.

“Beş şüşədən biri olan bu şərab təkcə Krlımın yox, həm də bütün Ukrayna xalqının mülkiyyətidir”- deyə Krım prokurorunun müavini Nazar Xolodnitski bildirib.

O deyib ki, içildiyi iddia olunan həmin şərabdan ikisi 2001-ci ildə Londonda hərraca qoyulub və onlardan biri 49 min 500 dollara satılıb.

Prokuror müavini deyib ki, o vaxt həmin pul “Massandra”nın inkişafına xərclənib.

Krımın ilhaqına səs vermis zavod direktoru bundan əvvəl vətənə xəyanətdə ittiham olunurdu. İndi bu ittihamnaməyə mənimsəmə də əlavə olunub.

Həmçinin oxuyun

“Büdcə gəlirlərinin və xərclərinin artımı 7 illik rekordu yeniləyib”- Hesablama Palatası

2018-ci il üzrə dövlət büdcəsinin proqnozlaşdırılması prosesində ÜDM-in real ifadədə artımı 1,5%, hesabat ilinin 9 …

Bir cavab yazın