Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Çavuşoğlu: “Qərb daim Rusiya və Türkiyənin daxili işlərinə qarışır”

Çavuşoğlu: “Qərb daim Rusiya və Türkiyənin daxili işlərinə qarışır”

Qərb ölkələri daim Rusiya və Türkiyənin daxili işlərinə qarışır.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya əyalətinin rusdilli icması ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, bəzi Qərb dövlətləri “Rusiya və Türkiyənin daxili işlərinə qarışmağı sevirlər və artıq illərdir davam edən bu azardan qurtula bilmirlər”.

“Bu kateqoriyaya daxil olan ölkələr özlərini digərləri üzərində “rəhbər” zənn edirlər”, – deyə Çavuşoğlu bildirib.

O əlavə edib ki, Avropa Ankara və Moskva arasında olan yaxınlaşmadan narahatdır. (Report)

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın