Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Çavuşoğlu: “Bizə dərs keçməkdənsə, terrorçulardan silahı yerə qoymağı tələb etsinlər”

Çavuşoğlu: “Bizə dərs keçməkdənsə, terrorçulardan silahı yerə qoymağı tələb etsinlər”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Xalqların Demokratik Partiyasına (HDP) qarşı keçirilən antiterror əməliyyatından danışıb.

Türkiyə mətbuatının verdiyi məlumata görə, nazir deyib ki, hamı hüquqa tabe olmalıdır və heç kim hüquqdan üstün deyil. Onun sözlərinə görə, toxunulmazlıqlarının ləğvindən sonra bəzi millət vəkilləri məhkəmələrə dəvət edilib. Müxalifət liderləri də başda olmaqla, əksər millət vəkilləri bu çağırışlara hörmətlə yanaşsalar da, HDP-çi deputatlar məhkəmə dəvətlərini rədd ediblər:

“Hüququn üstünlüyünə riayət ediriksə, hər kəs məhkəmə qarşısında ifadə verməli, məhkəmə qərarına hörmətlə yanaşmalıdır. Hüququn üstünlüyü budur. “Mən hüququ tanımıram, Türkiyə məhkəmələrini tanımıram, kimsə məni ifadə verməyə apara bilməz” desən, apararlar, ifadəni alarlar, sonra səninlə bağlı qərarlarını verərlər. Təəssüf ki, məsələni bu nöqtəyə özləri gətirdilər”.

Mövlud Çavuşoğlu saxlanılan millət vəkillərindən bəzilərini PKK terror təşkilatına silah daşımaqda günahlandırıb. Onun sözlərinə görə, terrora dəstək verənlər mütləq mühakimə olunmalıdır. Nazir deyib ki, HDP-ni təmsil edən bələdiyyə sədrləri dövlət büdcəsindən ayrılan vəsaitləri PKK-ya ötürür:

“Bələdiyyə başçıları dövlət büdcəsindən, millətin vergiləri ilə formalaşan büdcədən ayrılan pulları PKK-ya ötürürlər. Millətə xidmət üçün alınan texnikadan PKK-nın bomba yerləşdirməsi, mina basdırması, çuxur, xəndək qazması üçün istifadə edilir”.

Xarici işlər naziri Türkiyəni qınayan Qərb ölkələrinə də cavab verib. O, deyib ki, Avropa İttifaqı və bəzi ölkələr Türkiyəyə demokratiya dərsi keçməyə çalışsalar da, PKK-dan silahı yerə qoymağı tələb etmirlər.

Həmçinin oxuyun

Kənddən şəhərə axın niyə dayanmır? – TƏHLİL

Ölkə iqtisadiyyatının bölgələr üzrə balanslı inkişafı əhalinin sosial rifahının normal təmini üçün əsas şərtdir. Keçən …

Bir cavab yazın