Ana səhifə / İqtisadiyyat / Çavuşoğlu: “5 il əvvəl dediklərimiz baş verdi”

Çavuşoğlu: “5 il əvvəl dediklərimiz baş verdi”

5 il əvvəl dediklərimiz indi aydınlaşır. 3 il əvvəlki təkliflərimizi Avropa Birliyi indi qəbul edir. Nə üçün? Çünki problemin ucu onlara toxunmağa başladı. Təhlükəsiz bölgə deyərkən Türkiyə üçünmü istədik?
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu TBMM-də çıxışı zamanı deyib.
Çavuşoğlu Türkiyənin şimalında Ukrayna və Krım, cənubunda Suriya ilə İraq probleminin olduğunu bildirərək Abxaziya və Dağlıq Qarabağ kimi dondurulmuş münaqişələrin mövcudluğunu xatırladıb:
“Türkiyə heç vaxt münaqişə tərəfi olmadı. Suriyada böhranın dayandırılması üçün Türkiyə müzakirələr apardı. 5 il əvvəl proqnozlaşdırdığımız təəssüf ki, baş verdi. 400 min insanın bir rejim və terror qruplaşması tərəfindən öldürülməsini kim istəyər? Suriyada 8 milyon insan evlərini tərk etmək məcburiyyətinə qaldı. Türkiyədə 3 milyon suriyalı miqrant var. İraqda da eyni problemlər var. Orada 3 düşərgəni niyə yaratdıq? Hazırda 200 mindən çox iraqlı qardaşımız Türkiyədə yaşayır”.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın