Ana səhifə / İqtisadiyyat / Cavanşir Feyziyevin şirkəti cərimələndi

Cavanşir Feyziyevin şirkəti cərimələndi

Azərbaycanda deputatın şirkətinə cərimə protokolu yazılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, “Avromed Company” QSC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

İş hakim Nəriman Mehdiyevin icraatına verilib.

Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Xatırlatma: Bu xətaya görə, fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd: “Avromed Company” QSC Milli Məclisin deputatı, iş adamı Cavanşir Feyziyevə məxsusdur. Şirkət 2002-ci ilin aprelindən fəaliyyətə başlayıb. QSC Azərbaycana xaricdən dərman gətirən şirkət kimi məşhurdur.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …