Cümə , Noyabr 27 2020
Ana səhifə / İqtisadiyyat / “Cənub Qaz dəhlizi”nin Gürcüstandan keçən hissəsində tikinti işləri başa çatıb

“Cənub Qaz dəhlizi”nin Gürcüstandan keçən hissəsində tikinti işləri başa çatıb

BP “Cənub Qaz dəhlizi”nin Gürcüstan ərazisindən keçən hissəsində tikinti işlərini başa çatdırıb. Bu sözləri jurnalistlərə müsahibəsində BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib.

BP-nin regional prezidenti bildirib ki, “Cənub Qaz Dəhlizi” üzrə həyata keçirilən layihələr nəzərdə tutulmuş cədvəllə müəyyən olunmuş büdcə çərçivəsində həyata keçirilir. Bu marşrut üzrə mexaniki işlər tam başa çatdırılıb. Boru kəməri demək olar ki, hazırdır.

Onun sözlərinə görə, 2018-ci ilin ikinci yarısında “Şahdəniz” qazının Gürcüstandan keçməklə Avropaya çatdırılmasına başlanılacaq.

Həmçinin oxuyun

“Dövlət büdcəsində əsas 4 sahəyə nəzər yetirəcəyik” – DEPUTAT

“2021-ci ilin büdcə layihəsinin Milli Məclisə təqdim edilməsinin gecikməsinin səbəbi ərazilərin işğaldan azad edilməsi ilə …