Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İqtisadiyyat / Bütün gözlər Türkiyədə

Bütün gözlər Türkiyədə

Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı referendum başlayıb. Bir sıra vilayətlərdə yerli vaxtla saat 7:00-da (Bakı vaxtı ilə 8:00) seçki məntəqələri səsvermə üçün açılıb. Ölkənin bütün ərazisində səsvermə saat 17:00-da başa çatacaq.

“Anadolu” agentliyi xəbər verir ki, ölkədə 55 milyon 319 min 222 seçici qeydə alınıb və seçki məntəqələrində 167 min 140 qutu qoyulub. Referendumun gedişi və səslərin sayılması 10 siyasi partiya tərəfindən izlənəcək.

Ölkə qanunlarına görə, ümumxalq səsverməsi günü radio, televiziya və digər KİV-lər yerli vaxtla saat 18:00-dək seçkinin nəticələri ilə bağlı xəbərlər, proqnozlar və şərhlər verə bilməz. Saat 18:00-21:00 arasında isə referendum haqqında yalnız Ali Seçki Komissiyası tərəfindən verilən informasiyalar yayımlanacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulda, baş nazir Binali Yıldırımın İzmirdə səs verəcəyi bildirilir.

Həmçinin oxuyun

Dollar və qızılın dəyərinin artması nədən xəbər verir?

Günlərdir dünya bazarında ABŞ dolları dəyər qazanır. Həmçinin neftin qiyməti də yüksəlir.“Bloomberg” yazır ki, Yaxın Şərq ətrafında …

Bir cavab yazın