Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Buş prezidentliyə namizədliyini elan etdi

Buş prezidentliyə namizədliyini elan etdi

ABŞ-ın 43-cü dövlət başçısının qardaşı Ceb Buş Mayamidəki mitinqdə Respublikaçılar Partiyasından prezidentlik uğrunda yarışa qoşulduğunu rəsmən elan edib. Modern.azxarici  KİV-ə istinadən bildirir ki, o, seçkiqabağı çıxışında tarixdəki ən zəif  iqtisadi artıma  və digər məsələlərə görə cavabdehliyi demokratların boynuna qoyub, müdafiə xərclərinin azaldılmasının ağlasığmaz olduğuna və digər məsələlərə görə indiki hakimiyyəti qınayıb: “Mən daha 4 il belə siyasət aparılmasını istəmirəm”.

62 yaşlı siyasətçi özünü Respublikaçılar Partiyasında prezidentliyə əsas namizəd hesab edir. Qələbə qazanarsa Buş ailəsindən – atası Corc Buş və qardaşı Corc Buşadan sonra Ağ evdə post tutacaq üçüncü şəxs olacaq.

ABŞ-da prezident seçkiləri 2016-cı ilin noyabr ayında keçiriləcək. İndiyədək bu ali post uğrunda mübarizə aparacaqlarını Respublikaçılar Partiyasından 9 nəfər – Arkanzas ştatının keçmiş qubernatoru Mayk Xakabi, senatorlar Ted Kruz və Rend Pol, “Hewlett-Packard”ın baş direktoru Karli Fiorina, neyrocərrah Ben Karson, eləcə də Pensilvaniya ştatının keçmiş qubernatoru Oik Santorum elan ediblər.

Demokratlar Partiyasına gəldikdə, yarışa 4 siyasətçi – keçmiş dövlət katibi Hillari Klinton, Merilend ştatının keçmiş qubernatoru Martin О’Melli və senator Berni Sanders qoşulmaq niyyətindədir. İyun ayının əvvəlində Rod-Aylendin keçmiş qubernatoru Linkoln Çeyfi də prezidentliyə namizəd olacağını bəyan edib.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın