Cümə , İyul 10 2020
Ana səhifə / İqtisadiyyat / “Burc Xəlifə – Dubai”ni geridə qoyacaq yeni bina tikilir – FOTOLAR

“Burc Xəlifə – Dubai”ni geridə qoyacaq yeni bina tikilir – FOTOLAR

Məlumdur ki, dünyanın hələlik ən hündür tikilisi – Burc-Xəlifə  Dubaydadır. Tikilinin hündürlüyü  820 metrdir. Amma, dubaylılar bununla kifayətlənmək, dayanmaq  istəmirlər.
Moderator.az xəbər verir ki, Dubay şəhərinin rəhbərliyi dünya rekordunu təzələmək qərarına gəlib. Hər şey qaydasında getsə, bina-qüllənin tikintisi 4 ilə, 2020-ci ildə yekunlaşmalıdır.
Elə həmin vaxtda da Dubayda “Expo 2020” ümumdünya sərgisinin  keçiriləcəyi və sərgiyə gələnlərin binanın açılışında da iştirak etmək imkanları olacağı proqnozlaşdırılır. Bina-qüllənin dəqiq hündürlüyü hələ ki, məlum deyil, amma Burc-Xəlifədən hündür olacağı aydındır.
Qeyd edək ki, tikinti 1 milyard dollara başa gələcək. Layihənin müəllifi məşhur ispan memarı və heykəltəraşı Santyaqo Kalatrava Vals dünyada bir çox fiqurlu binaların yaradıcısı kimi tanınır.
Qüllənin tam zirvəsində baxış meydançası quraşdırılacaq ki, burdan da 360 dərəcədə bütün şəhəri seyr etmək mümkün olacaq.

Həmçinin oxuyun

Azərbaycan bankları pandemiya güzəştlərinə niyə getmir? – ŞƏRH

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış iqtisadi böhran davam etdikcə Azərbaycan dövləti və hökuməti əhalinin …

Bir cavab yazın