Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / “Bunların “istehsal” adı ilə təqdim etdikləri avtomobillərdə bir tək təkərə vurulan hava yerlidir”

“Bunların “istehsal” adı ilə təqdim etdikləri avtomobillərdə bir tək təkərə vurulan hava yerlidir”

Azərbaycada indi də “Lada” avtomobilləri yığılacaq, istehsal olunmayacaq, məhz yığılacaq. Yəqin, hansısa qalstuklu müəllim Rusiya istehsallı modelləri öz nəzarətinə götürüb, “Lada”nı Rusiyadan idxal edəndə büdcəyə “N” qədər rüsum-vergi ödənilir, maşınları tam hazır, amma, məsələn, güzgüsüz, təkərsiz, oturacaqsız gətirirsən, ölkədə güzgüsünü, oturacağını, təkərini yerinə bağlayıb silib-təmizləyirsən, olur “istehsal”, nə rüsum ödənilir, nə vergi.

Bunu ekspert Natiq Cəfərli bildirib.

“Dəfələrlə hökumətə ictimai çıxışlarda demişik ki, maşın istehsalı yaxşıdır, amma detallarının ən azı 25-30%-i ölkədə istehsal olunmalıdır. Bu zaman yan sahələr yaranır, yeni iş yerləri açılır, yerli mütəxəssislər yetişir. Bunların “istehsal” adı ilə təqdim etdikləri avtomobillərdə bir tək təkərə vurulan hava yerlidir, bunun adı istehsal deyil, vintaçanla yığılmadır, rüsum-vergidən yayınma cəhdidir”, – o qeyd edib.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …