Şənbə , Avqust 20 2022
Ana səhifə / İqtisadiyyat / Buğda tədarükçülərinə 5 il subsidiya veriləcək

Buğda tədarükçülərinə 5 il subsidiya veriləcək

Prezident İlham Əliyev “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərman imzalayıb.

Sənəddə deyilir:

Sənədə əsasən, ilkin mərhələdə pilot layihə olaraq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq edilsin.

Fərmanla bir sıra dövlət qurumlarına tapşırıqlar verilib, habelə, Nazirlər Kabinetinə ərzaqlıq buğdanın istehsal xərclərini (maya dəyərini) və istehsalçının mümkün qazancını nəzərə almaqla, 2022-ci il avqustun 1-dək, növbəti illərdə isə hər il iyulun 1-dək ərzaqlıq buğdanın dövlət tədarük qiymətini müəyyən etmək tapşırılıb.

Həmçinin oxuyun

Çörəyin qiymətində artım gözlənilir

Azərbaycanda yaxın günlərdə çörəyin qiymətində artım gözlənilir. Oxu.az xəbər verir ki, artımın 5 qəpik civarında …