Ana səhifə / İqtisadiyyat / Büdcəyə yenidən baxılma proseduru açıqlandı

Büdcəyə yenidən baxılma proseduru açıqlandı

“Büdcə sistemi haqqında” Qanunun 23.3-cü maddəsinə əsasən, dövlət büdcəsinin icrası prosesində büdcənin gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsi yarandıqda may ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məsələ qaldırıla bilər.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında deyib.

““Büdcə sistemi haqqında” Qanunun 23.4-cü maddəsinə əsasən dövlət büdcəsinin icrasında ahəngdarlığın, habelə onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsi yarandıqda büdcənin təsdiq olunmuş xərclərinin çatışmayan hissəsinin təmin edilməsi məqsədilə büdcə qaydasının tətbiqinin dayandırılması barədə qanunvericilik təşəbbüsü qaydasında oktyabr ayının 25-dən gec olmayaraq məsələ qaldırıla bilər”- deyə, komitə sədri əlavə edib. Azvision.az

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …