Ana səhifə / İqtisadiyyat / Bu, Şeyx Nizamiyə heç yaraşmadı… – Nazirlik isə “xəbərimiz yoxdur” deyir…

Bu, Şeyx Nizamiyə heç yaraşmadı… – Nazirlik isə “xəbərimiz yoxdur” deyir…

Rusiyanın Dağıstan respublikasının Dərbənd şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan park və onun abidəsi bərbad vəziyyətdədir.

Missiya.az xəbər verir ki, abidənin vəziyyəti ilə bağlı görüntülə sosial şəbəkədə yayılıb.

Heykəlin və parkın ətrafı antisanitar vəziyyətdədir.

Bu, Şeyx Nizamiyə heç yaraşmadı...

Ümid edirik ki, müvafiq qurumlar Azərbaycanın dahi şairinin adını daşıyan parkın vəziyyətinə biganə qalmayacaq.

Mədəniyyət və Turizim Nazirliyinin sektor müdiri İntiqam Hümbətov Kult.az-a məsələdən xəbərdar olmadıqlarını bildirib:

“Bu haqda məlumatımız yoxdur. Mədəniyyət və Turizm Nazirliyinin Rusiyanın Dağıstan respublikasında nümayəndəliyi yoxdur. Amma mən yenə də məsələ ilə tanış olacağam”.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın