Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / İqtisadiyyat / Bu sahibkarlar əmlak vergisi ödəməlidir

Bu sahibkarlar əmlak vergisi ödəməlidir

Bu gündən Azərbaycanda mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1 milyon manatdan çox olan mikro sahibkarlar əmlak vergisi ödəməli olacaqlar.

Bu məsələ bu gün qüvvəyə minən “Vergi Məcəlləsi”nə edilən yeni dəyişikliklərdə öz əksini tapıb.

Buna əsasən, müəssisənin mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1 milyonmanatdan artıq olduğu halda, həmin müəssisə ümumi qaydada əmlak vergisini hesablayıb ödəməlidir. Göründüyü kimi, müəssisənin balasında olan avadanlığın əvvəlki ilin sonuna qalıq dəyəri 1 milyon manatdan artıq olduğundan, mikro sahibkarlıq subyektlərinə tətbiq edilən əmlak vergisi üzrə azadolma sizin müəssisəyə şamil olunmur.

Xatırladaq ki, indiyə qədər qüvvədə olan qaydalara görə, mikro sahibkarlıq subyekti olan bütün şəxslər əmlak vergisi ödəməkdən azad olub. 

Həmçinin oxuyun

Bakıdakı “Təzə bazar” dekabrın 1-dək köçürüləcək

Bakı şəhəri, Nəsimi rayonundakı məşhur “Təzə bazar” dekabrın 1-dək tam köçürüləcək. Bunu APA-ya açıqlamasında Nəsimi rayon …