Cümə axşamı , Sentyabr 21 2023
Ana səhifə / İqtisadiyyat / Bu rüsumlar ləğv olunur
Financial accounting stock market graphs analysis

Bu rüsumlar ləğv olunur

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsinə görə tutulan dövlət rüsumları ləğv edilir.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliklər qəbul edildiyi təqdirdə “Dövlət rüsumu haqqında” qanunun 2.0.21-ci, 33-3-cü və 33-4-cü maddələri ləğv ediləcək.
Hazırda qüvvədə olan qaydalara görə, hüquqi şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin 3 iş günü müddətində verilməsinə görə 20 manat, 5 iş günü müddətində verilməsinə görə 10 manat, fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin 3 iş günü müddətində verilməsinə görə 10 manat, 5 iş günü müddətində verilməsinə görə 5 manat dövlət rüsumu tutulub.

Həmçinin oxuyun

Sanksiyalara rəğmən Qərb şirkətləri Rusiyadan böyük pullr qazanır

Rusiyada fəaliyyətini davam etdirən Qərb şirkətləri 2022-ci ildə ölkədə 18 milyard dollardan çox mənfəət əldə …