Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / İqtisadiyyat / Bu rayonlarda azotlu gübrələri güzəştli qiymətə satılacaq

Bu rayonlarda azotlu gübrələri güzəştli qiymətə satılacaq

Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Növbəti səyyar satışlar mart ayının 29-da Tovuz rayonunun Qaraxanlı kəndində, mart ayının 30-da Ağstafa rayonunun Korxəlfəli kəndində, kənd inzibati ərazi nümayəndəliklərinin binasında keçiriləcək. Bu kəndlərə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana bilərlər.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər.

Səyyar satış barədə ətraflı məlumat almaq üçün, Tovuz rayonu üzrə +994050 344-93-86 (Rəhman Qasımov Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru), Ağstafa rayonu üzrə  +994050 357-32-43 (Elvin Musayev Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzi direktorunun müavini) nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Həmçinin oxuyun

“Dövlət büdcəsində əsas 4 sahəyə nəzər yetirəcəyik” – DEPUTAT

“2021-ci ilin büdcə layihəsinin Milli Məclisə təqdim edilməsinin gecikməsinin səbəbi ərazilərin işğaldan azad edilməsi ilə …