Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / “Bu qərarın məsuliyyətsiz şəkildə verilmiş bir qərar olduğunu düşünürük” – Binəli Yıldırım

“Bu qərarın məsuliyyətsiz şəkildə verilmiş bir qərar olduğunu düşünürük” – Binəli Yıldırım

Türkiyənin baş naziri Binəli Yıldırım İraqın şimalındakı Kürdüstan Regional Hökumətinin referendum qərarı ilə bağlı açıqlama verib.

Sputnik Türkiyə xəbər verir ki, nazir İraqın ərazi bütövlüyü məsələsində ölkəsinin mövqeyinin açıq və qəti olduğunu bildirib.

“Bu məsələyə baxışımız açıq-aşkardır. Biz İraqın ərazi bütövlüyünü istəyirik. Bütün iraqlıların bir arada, bir dövlət olaraq yaşamasını istəyirik. Bölgəmizdə yetərincə problem var. Yeni bir problemin formalaşdırılmasının doğru olmadığını düşünürük və bu qərarın məsuliyyətsiz şəkildə verilmiş bir qərar olduğunu düşünürük”.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın