Cümə , Dekabr 9 2022
Ana səhifə / İqtisadiyyat / Bu ölkələr Azərbaycandan kömək istəyirlər

Bu ölkələr Azərbaycandan kömək istəyirlər

“Elə tarixi məqam yaranıb ki, bir vaxtlar Azərbaycanın və onun resurslarına ciddi baxmayanlar (ölkələr) bu gün ard-arda Azərbaycan qazına “elçi düşürlər”. Hətta TAP-dan 100 km-lərlə uzaq olan ölkələr də nə yolla olursa-olsun, Azərbaycandan kömək istəyirlər. Sonuncu belə istək Moldavadan oldu. TAP-la bu ölkənin qaz alması üçün Yunanıstandan Bolqarıstana, ordan da Rumuniyaya, daha sonra Moldavaya keçməsi lazımdır. Göründüyü kimi elə də asan deyil. Amma mümkündür”.

Bunu ekspert Eldəniz Əmirov bildirib.

E.Əmirov qeyd edib ki, “qaz elçiləri” arasında ən bəxti gətirən ölkələr Türkiyə, Yunanıstan, Albaniya və İtaliya ilə qonşu olan ölkələrdir: “Çünki TAP bu ölkələrdən keçdiyi üçün İnterkonnektorla məsələni həll etmək olacaq. Amma digərləri üçün bu çətin olacaq. Əgər “elçilər” daha çox qaz almaq istəyirlərsə, Türkiyə və Yunanıstan sərhəddindən başlayaraq yeni boru kəməri inşa etməli, ya da investisiya qoymalıdırlar ki, biz özümüz çəkək. Çünki, TAP-a kompressor qurğusu qoşmaqla onun illik 10 mlrd kub metr gücünü 20 milyarda çatdıra bilərik. Amma bundan yuxarı qaldırmaq mümkün deyil. Lakin TAP-ın öz mənbəyini götürdüyü TANAP-ın diametri 142 sm, daha sonra 122 sm və Mərmərə dənizi boyunca isə 91 sm təşkil edir. TAP isə  TANAP-ın ardınca layihələndirilərkən sonu 11 alternativ kəmər marşrutu qiymətləndirildikdən sonra ekoloji, təhlükəsizlik və sosial nöqteyi-nəzərdən ən məqsədəuyğun yer kimi İtaliyanın seçilmişdir. Daha dəqiq İtaliyanın cənubunda, San Foca yaxınlığında yerləşən Melendugno bələdiyyə ərazisinin Lecce məntəqəsindən sahilə çıxır. İtaliya ərazi sularında boru kəmərinin dənizdə yerləşən hissəsi təxminən 45 km, qurudakı hissəsi isə təxminən 8 km təşkil edir. Deməli, Avropanın qaz təminatını daha yüksək səviyyədə həyata keçirmək üçün TANAP-ın planlaşdırılan 32 milyard kub metrlik potensialından istifadə edərək, ondan (TANAPdan) yeni qol ayırmaq və yeni marşurut üzrə yönəltmək lazım olacaq”.

Həmçinin oxuyun

Mərkəzi Bankdan Naxçıvanla bağlı AÇIQLAMA

Naxçıvanda filial açmaq istəyən bank olarsa onların müraciətinə baxılacaq.Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Azərbaycan …