Cümə axşamı , İyun 17 2021
Ana səhifə / İqtisadiyyat / Bu meyvə və tərəvəzlərin qiyməti artdı – SİYAHI

Bu meyvə və tərəvəzlərin qiyməti artdı – SİYAHI

2021-ci ilin aprel ayında meyvə və tərəvəzlərin topdansatış dəyərlərindəki aylıq və illik qiymət dəyişiklikləri açıqlanıb.

Bu barədə Aqrar Tədqiqatlar Mərkəzi hesabat yayıb.

Hesabata əsasən, ilin aprel ayında meyvələrdən armudun (“Krasavitsa”, “Meşə gözəli” sortları), limonun, tərəvəzlərdən kələmin, balqabağın və pomidorun topdansatış qiyməti əvvəlki aya (mart) nisbətən artıb.

Aylıq müqayisədə meyvələrdən çiyələyin (“yerli”), tərəvəzlərdən gül kələminin, xiyarın, sarımsağın dəyəri aşağı düşüb.

Məhsulların 2021-ci ilin aprel ayındakı topdansatış qiymətini ötən ilin müvafiq ayı ilə müqayisə etdikdə tərəvəzlərdən kartofun (“Təzə”), pomidorun (“Bakı”), yerkökünün və lobyanın qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub.

İllik müqayisədə meyvələrdən alma (“Simerenko”, “Palmet”), armud, üzüm, limon və alçanın dəyəri azalıb. Tərəvəzlərdən xiyarın, çuğundurun, kələmin, gül kələminin, balqabağın, soğanın və pomidorun (“Şəmkir”) dəyəri azalıb. Digər kənd təsərrüfatı məhsullarının qiyməti isə sabit qalıb.

Bu meyvə və tərəvəzlərin qiyməti artdı -  SİYAHI
Bu meyvə və tərəvəzlərin qiyməti artdı -  SİYAHI

Həmçinin oxuyun

Xətai icra hakimiyyətindən şübhəli tender – Şirkət yaranmamış necə fəaliyyət göstərib?

Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi (MKTB) yumşaq inventar və xüsusi geyimlərin satın alınması üzrə …