Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Bu məsələdə Gürcüstana uduzuruq – DEPUTAT

Bu məsələdə Gürcüstana uduzuruq – DEPUTAT

“Ov turizmi’ ifadəsinə “Turizm haqqında” qanun layihəsində yer verilməyib, bu ifadənin qanun layihəsinə daxil edilməsinə ehtiyac var”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, kino turizmi də mühüm məsələdir: “Bu da qanun layihəsində yer almayıb. Digər tərəfdən, turistlərin aldadılması məsələsi ən əsas problemlərdəndir. Turisti aldadan, dələduzluq edə şəxslər ciddi məsuliyyətə cəlb edilməlidir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edə bilərik. Ona görə də turistin sadəcə, sığortası məsələsini deyil, onların təhlükəsizliyi məsələsini də həll edək. Dəniz turizmi məsələsi də çox acınacaqlı vəziyyətdədir. Biz bəlkə də dənizdən istifadə etməyi bacarmayan yeganə xalqıq”.
Deputat təyyarə qiymətlərinin baha olması problemini qaldırıb: “Dəfələrlə təyyarə qiymətlərinin baha olması məsələsini qabardırıq. Bu məsələdə Gürcüstan və digər ölkələrə uduzuruq. Uduzuruqsa, rəqabət də olmayacaq. Başqa ölkələrdən bura gəlib getmək əzaba çevrilib. Biz bu qanunu kimlərsə üçün iş yerinin yaradılması üçün qəbul etməməliyik”.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …