Ana səhifə / İqtisadiyyat / “Bu, Mərkəzi Bankın fəaliyyətində heç bir dəyişiklik yaratmayacaq” – Ekspert

“Bu, Mərkəzi Bankın fəaliyyətində heç bir dəyişiklik yaratmayacaq” – Ekspert

“Azərbaycan Respublikasının İqtisadi Şurası fəaliyyətinin təşkili məqsədilə yaradılan Şuranın Katibliyinin funksiyasının həyata keçirilməsi Mərkəzi Bankdan alınaraq Nazirlər Kabinetinə həvalə olununması Mərkəzi Bankın fəaliyyətində heç bir dəyişiklik yaratmayacaq”.

Bunu Pravda.az-a iqtisadçı-ekspert Xalid Kərimli deyib.

Ekspert qeyd edib ki, Mərkəzi Bankın fəaliyyəti İqtisadi Şuranın işinin təşkili deyil: “İqtisadi Şura geniş bir tərkibə malikdir. Burada Mərkəzi Bank, İqtisadiyyat, Maliyyə Nazirlikləri və digər qurumlar təmsil olunur. Bu işin təşkilinin katibliyin həyata keçirilməsi də qurumlardan birinə yox, Nazirlər Kabinetinə həvalə edilməsi normal haldır. İqtisadi Şura əvvəl Maliyyə Sabitliyi Şurası kimi fəaliyyət göstərib. İndi isə ümumi şəkildə İqtisadi Şura kimi fəaliyyət göstərir və burada iqtisadiyyatla əlaqədar müxtəlif orqanların birgə fəaliyyətinin koordinasiyasını nəzərdə tututulur. Bunun da ən doğru yolu bu səlahiyyətin Nazirlər Kabinetinə həvalə olunmasıdır. İqtisadi Şura qurumlararası bir şura olduğu üçün müxtəlif nazirliklərin, Mərkəzi Bankın işinin təşkili üçün katibliyin həyata keçirilməsinin Nazirlər Kabinetinə həvalə olunması daha məqsədəuyğundur.Yəni Nazirlər Kabineti bunun üçün daha uyğun bir dövlət qurumudur”.

Həmçinin oxuyun

Avropa Komissiyasının Prezidenti: “Azərbaycan qaz təchizatında alternativ tərəfdaşdır”

Rusiya qazından başqa etibarlı təchizatçılara doğru şaxələndirmək üçün çox üsul var. ABŞ, Norveç və Azərbaycan …